Siyasət

Sosioloji Tədqiqatlar Mərkəzi “exit poll”un nəticələrini açıqlayıb: İlham Əliyev liderdir

Sharing is caring!


Sosioloji Tədqiqatlar Mərkəzi (STM) Azərbaycanda keçirilən növbədənkənar prezident seçkisi ilə bağlı “exit poll”un nəticələrini açıqlayıb.

Oxu.Az-ın məlumatına görə, mərkəzin direktoru  Natalya İsayeva bildirib ki, 25 seçki dairəsi üzrə 125 seçki məntəqəsində “exit poll” keçirilib:

“Exit poll” xüsusi hazırlanmış proqram ilə keçirilib və 5 min 16  nəfər iştirak edib”.

O qeyd edib ki, nəticələrin 24 faizi Bakı şəhərini əhatə edib:

“Nəticələrin 7,9 faizi Gəncə və Sumqayıt, 23,8 faizi kiçik rayon və qəsəbələri əhatə edib. “Exit poll”da iştirak edənlərin 52,2 faiz qadınlar, 48,8 faizi isə kişilər olub”.

O qeyd edib ki, “exit poll”un nəticələrinə görə, İlham Əliyev – 92,4 faiz, Fuad Əliyev – 0,4 faiz, Qüdrət Həsənquliyev – 1,6 faiz, Elşad Musayev – 0,8 faiz, Fazil Mustafa – 2 faiz, Razi Nurullayev – 0,6 faiz və Zahid Oruc – 2,2 faiz səs toplayıblar:

“Hazırkı nəticələrə görə, İlham Əliyev səs çoxluğuna görə liderdir”.

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir