Kriminal

Şabranda üzərindən “KamAZ” keçən şəxs xəstəxanada ölüb – YENİLƏNİB

Sharing is caring!


Şabranda üzərindən “KamAZ” keçməsi nəticəsində ağır yaralanan şəxs xəstəxanada ölüb. 

“Report”un Şimal bürosunun məlumatına görə, rayon ərazisində “Kolin İnşaat” şirkəti tərəfindən həyata keçirilən dəmir yol xətti inşası zamanı üzərindən “KamAZ” markalı yük avtomobilinin keçməsi nəticəsində ağır yaralanan Rüstəm Ağacan oğlu Rüstəmov paytaxtdakı xəstəxanaya aparılsa da, həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

18:28

Şabran rayonunda dəmir yolu xəttinin inşası zamanı bədbəxt hadisə baş verib.

“Report”un Şimal bürosunun məlumatına görə, “KamAZ” markalı yük avtomobili həmin ərazidə çalışan işçi, 1992-ci il təvəllüdlü Rüstəmov Rüstəm Ağacan oğlunun üzərindən keçib.

Nəticədə R.Rüstəmov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şabran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Onun xəsarətləri ağır olduğuna görə paytaxtdakı xəstəxanaların birinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir