Siyasət

Serbiyalı müşahidəçi: “Şuşada demokratik qaydalara tam uyğun səsvermə prosesinin keçirildiyini görürük”

Sharing is caring!


“Şuşada demokratik qaydalara, dəyərlərə və prinsiplərə tam uyğun səsvermə prosesinin keçirildiyini görürük, biz gördüyümüz hər şeydən razı qalmışıq”.

Bunu APA-nın Qarabağ bürosuna açıqlamasında Serbiya Milli Assambleyasının müşahidə heyətinin rəhbəri Sandra Boziç deyib.

“İlk növbədə burada olduğuma görə, Azərbaycan Milli Məclisinin dəvətinə görə təşəkkürümü ifadə etmək istəyirəm. Bildiyim qədəri ilə Azərbaycanın bu hissəsinə, Qarabağa gələn ilk xarici müşahidəçi heyətiyik. Burada olduğuma görə çox şadam, hər şey olmalı olduğu kimidir. Demokratik seçki prosesi yaxşı davam edir. Şuşada səs verməli olan seçicilər də artıq səs verirlər, bu çox yaxşıdır. Ümid edirəm ki, günün sonunadək hər şey belə davam edəcək. Mən Serbiyadan gəlirəm, Serbiya nümayəndə heyətinin rəhbəriyəm. Biz ilk dəfədir ki, Azərbaycandayıq. Qarabağa gələn ilk nümayəndə heyətiyik. Bu bizim hər birimiz üçün çox xüsusidir. Serbiya xalqı Azərbaycanı dost xalq kimi görür, biz Azərbaycan və Serbiya arasında dostluğumuza tam sadiqik və biz bu yaxşı əməkdaşlığa görə prezidentlərimiz Əliyev və Vuçiçə təşəkkür etməliyik. Düşünürəm ki, bu səfərimiz də çox uğurlu olacaq, sabah biz parlament nümayəndə heyəti ilə, spikerlə görüşlər keçirəcəyik. Biz öz səfərimizin başlanğıcındayıq və səfər uğurlu olacaq”, – deyə o qeyd edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir