Cəmiyyət

Boyxanlı kəndində baş verən torpaq sürüşməsi fərdi evlərə zərər vurub – VİDEO

Sharing is caring!


Cəlilabadın Boyxanlı kəndində sürüşmə zonası hesab olunan təpədə iri torpaq layları yaşayış evlərinə doğru hərkət edib.

Xezerxeber.az-ın məlumatına görə, ərazidə əmələ gəlmiş iri çatlara yağış sularının dolması buradakı sürüşməni daha da aktivləşdirib. Nəticədə də sürüşmə zonasının mərkəzində nəhəng çökəklik əmələ gəlib.

Sürüşmə zonasının qarşısında yerləşən 10-a yaxın evdə artıq təhlükəli vəziyyət yaranıb.

Bəzi tiklilərin divarlarında iri çatlar da əmələ gəlib. 

Ətraflı süjetdə:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir