Hüquq

Azərbaycanda 100 tələbədən 9-u narkotik istifadəçisidir – NARKOEKSPERT “HƏYƏCAN TƏBİLİ” ÇALIR

Sharing is caring!

“Bu araşdırmam Azərbaycanda müxtəlif təhsil müəssisələrində təhsil alan tələbələr arasında narkomaniyanın yayılmasını, onların zorakılığa meylli olub-olmamasını və davranışını qiymətləndirmək məqsədi daşıyır və heç bir qurumla əlaqəsi yoxdur”.

Xəbəral.az xəbər verir ki, bu haqda açıqlama verən narkoekspert, Regional Sosial Təşəbbüslərə Dəstək İctimai Birliyinin sədri Emil Maqalov Azərbaycanda hər 100 tələbədən 9-nun narkoman olduğunu ortaya çıxarıb. O, bildirir:

“Bu şəxsi tədqiqatım narkomaniya və zorakılığın miqyasına diqqət yetirən ilkin məlumatlardır. Anketlər müxtəlif sahədə təhsil alan tələbələrin yaş, cins və akademik sahə daxil olmaqla, zorakı davranışları və təhsillə əlaqəli faktorlarla bağlı araşdırmaları əhatə edir.

Dərmanları (narkotikləri) “yoxlamaq” üçün hər bir iştirakçıdan sidik nümunəsi toplanıb və təhlil edilib. Araşdırma müxtəlif sahədə təhsil alan 18-25 yaşlı tələbələr arasında aparılıb. Nəticədə 100 tələbədən alınan sidik nümunəsi ilə müsbət narkotik istifadəsi 9% olaraq təsdiqləndi. Bunlardan 90%-i kişilərdir və 60%-i digər rayon və qəsəbələrdən gələnlərdir.

Müəllimlərə heç bir hörməti olmayan tələbələr asılılıq qrupunda 32%, qeyri-asılı qrupda 14% daha çoxdur”.

E.Maqalovun fikrincə, bu araşdırmanın nəticəsi onu deməyə əsas verir ki, Azərbaycanda 18-25 yaş aralığı narkotik istifadəsi və zorakılıq hərəkətləri üçün risk altında olan kritik bir dövr kimi müəyyən edilməlidir. “Bu tədqiqatım həssas gənclər arasında narkomaniyanın erkən aşkarlanmasının vacibliyinə işarə edir, sui-istifadənin və narkotik maddələrdən asılılığın qarşısını almaq üçün yeni təhsil proqramlarının hazırlanmasına imkan verir, amma…”, – deyə narkoekspert bildirir.

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir