Dünya

Bələdiyyə sədri İstanbulda zəlzələ səfərbərliyi elan etdi: “Hər şeyə sıfırdan başlayırıq” – FOTO

Sharing is caring!

“Zəlzələ İstanbul üçün qaçılmaz bir reallıq və həyatda qalma məsələsidir. Biz bu qədim şəhəri zəlzələ və fəlakətlərə qarşı davamlı etmək üçün hər şeyə sıfırdan başlayırıq”.

Bu barədə İstanbul Büyükşehir Bələdiyyəsinin (İBB) sədri Ekrem İmamoğlu bildirib.

İmamoğlu İstanbul Konqres Mərkəzində keçirilən toplantıda İstanbul Zəlzələ Səfərbərlik Planı ilə bağlı açıqlama verib.

O qeyd edib ki, İBB-nin bir araya gətirdiyi Zəlzələ Elmi Yüksək Şurasının həyata keçirdiyi işlərə uyğun olaraq gücləndirmə, təcili yardım, logistika, sağlamlıq tədbirləri, fəlakət koordinasiya mərkəzi və bir çox məsələləri əhatə edən 7 başlıq altında plan hazırlanıb. Həmçinin şəhəri gözlənilən böyük zəlzələyə qarşı hazırlamaq üçün yol xəritəsi tərtib edilib.

“Bu böyük fəlakət zamanı yaşadıqlarımız hamımızın üzərinə çox dərin məsuliyyət yükləyir. Artıq həyatımıza əvvəlki şəkildə davam edə bilməyəcəyik.  

Zəlzələ ilə bağlı ən qabaqcıl və cəsarətli addımları atacaq imkanımız var. Bu imkanları reallaşdırmaq üçün İstanbul olaraq ayağa qalxırıq. Zəlzələyə davamlı İstanbul üçün səfərbərliyə başlayırıq”, – deyə Ekrem İmamoğlu vurğulayıb.

“İnsanlarımızı qorumaq üçün ilk dəfə İstanbulda zəlzələyə davamlı şəhərin tətbiqinə nail olacağıq və Türkiyəyə nümunə olacağıq. Səfərbərliyimizin məqsədi də budur”, – deyə o əlavə edib.

Mənbə: Haber Global

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir