Siyasət

Rumıniya mətbuatı: “Azərbaycandakı erməni milli azlığının da seçkidə iştirak hüququ təmin edilib” – FOTO

Sharing is caring!


Rumıniyanın AGERPRES milli xəbər agentliyində Azərbaycanda keçirilən növbədənkənar prezident seçkisi barədə yazı dərc olunub. 

Məqalədə qeyd olunur ki, bu seçkinin digərlərindən fərqi onun müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq suveren dövlətin bütün ərazisini əhatə etməsindən ibarətdir.

“Belə ki, 2023-cü ilin sentyabr ayında keçirilmiş antiterror tədbirləri nəticəsində Azərbaycan müstəqillik qazandıqdan sonra bənzər problemləri yaşayan Moldova, Gürcüstan və Ukrayna kimi ölkələrin sırasından ayrılaraq ərazi bütövlüyünün tam bərpasına nail olub”, – yazıda qeyd olunur.

Məqalədə qeyd olunur ki, seçkidə 6,5 milyona yaxın səsvermə hüququna malik Azərbaycan vətəndaşının iştirakı gözlənilir.

“Azərbaycan ərazisində yaşayan bütün etnik azlıqlarla yanaşı, erməni milli azlığının da seçkidə iştirak hüququ təmin edilib. “Böyük Qayıdış” proqramı çərçivəsində Xankəndi, Şuşa, Laçın, Kəlbəcər və digər azad edilmiş rayon və kəndlərdəki keçmiş məcburi köçkünlər də özlərinin ata-baba yurdlarında səs verəcəklər. Həmin ərazilərdə yaradılmış 26 seçki məntəqəsində milli mənsubiyyətindən asılı olmayaraq 23 minə yaxın seçici konstitusion hüququndan istifadə edəcək.

Azərbaycan sərhədlərindən kənarda yaşayan ölkə vətəndaşlarının da səsvermə prosesində fəallıq göstərməsi gözlənilir. Onlar üçün müxtəlif dünya ölkələrində, o cümlədən Avropa dövlətlərində – Fransa, Böyük Britaniya, Almaniya, Polşa, Çexiya, Avstriya, Macarıstan, Bolqarıstan, Rumıniya, eləcə də Moldova Respublikasında, habelə Azərbaycanın digər ölkələrdəki diplomatik nümayəndəliklərində səsvermə məntəqələri təsis edilib”, – məqalədə bildirilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir