Deputatlığa namizəd Fəzail Ağamalının növbəti görüşü Salyan rayonunun Xıdırlı kəndində keçirildi. Görüşdən öncə Fəzail Ağamalı erməni təcavüzünə qarşı döyüşlərdə şəhid olan igid övladlarımızın məzarlarını ziyarət etdi və onların ruhlarına dualar oxundu. Çoxsaylı seçicilərin fəallığı ilə müşayət olunan görüşdə Fəzail Ağamalının vəkilləri Zaman Əmirov və Emin Bayramov namizədin bioqrafiyası və keçdiyi həyat yolunun vacib məqamları üzərində dayandılar. Fəzail Ağamalı Ulu Öndərimiz Heydər Əliyevin xalqımız və dövlətçiliyimiz qarşısında tarixi xidmətləri, ölkəmizdə gedən və geniş miqyas alan islahatlar, onların konkret nəticələri ətrafında geniş dayandı və 4 illik deputatlıq fəaliyyətinin vacib məqamlarını diqqətə çatdırdı. Görüşdə çıxış edən kənd ziyalısı Adil Abdullayev, ehtiyyatda olan zabit, Qarabağ döyüşləri veteranı İldırım Babayev, kənd Ağsaqqalları Ağadayı Paşayev, Abdulxaliq Məmmədov və kənd sakinləri Rafiq Süleymanov, Qənbər Qənbərov, Elxan Kərimov Fəzail Ağamalının deputatlıq fəaliyyətini yüksək qiymətləndirərək, qarşıdan gələn parlament seçkilərində ona səs verəcəklərini söylədilər. Fəzail Ağamalının seçicilərlə görüşləri davam edir.
Oxşar Xəbərlər
Bakıda yolun bir hissəsi çökdü – FOTO
Paytaxtın Nərimanov rayonunda küçənin asfalt örtüyü çöküb. Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə rayonun Qurban Pirimov küçəsində qeydə alınıb. Belə ki, yolun beton-asfalt örtüyündə dəlik yaranıb. Bu da avtomobillərin hərəkətində çətinliklərə səbəb olub. Xeberal.az
Britaniya nəşri Rusiyanın nə qədər nüvə silahına malik olduğunu yazdı: “Dünyanı məhv edə bilər”
“Rusiya Prezidenti Vladimir Putin Qərbə xəbərdarlıq edib ki, Rusiya texniki cəhətdən nüvə müharibəsinə hazırdır və ABŞ Ukraynaya qoşun göndərərsə, bu addım müharibənin əhəmiyyətli dərəcədə eskalasiyası kimi qiymətləndiriləcək”. Bu sözlər məşhur Britaniya nəşri “Reuters”də dərc olunan məqalədə deyilib. Nəşr Rusiyanın nüvə arsenalının sayı ilə bağlı əsas faktları sadalayıb. “Sovet İttifaqının nüvə silahlarını miras qoyduğu Rusiya dünyada […]
“Türk Ulduzları” və “SoloTürk”dən möhtəşəm aviaşou – VİDEO
Samsunda 19 May Atatürkü Anma, Gənclik və İdman Bayramı tədbirləri çərçivəsində “Türk Ulduzları” və “SoloTürk” aviaqrupları hava şousu ilə çıxış ediblər. Türkiyə Hərbi Hava Qüvvələrinin məharətini şəhərin müxtəlif yerlərindən on minlərlə insan izləyib. İzləyicilər arasında bayram tədbirlərinə qatılan yüksək rütbəli hərbçilər və məmurlar da olub. Mənbə: Haber Global Xeberal.az