Siyasət

MSK sədri: “Prosesləri canlı izləmək üçün heç bir maneə yoxdur”

Sharing is caring!


Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov səsvermə ilə bağlı prosesləri canlı izləmək üçün heç bir maneənin olmadığını bildirib.

“Report”un xəbərinə görə, M.Pənahov qeyd edib ki, 790 nəfər beynəlxalq müşahidəçi və 90 mindən çox yerli müşahidəçilər seçkini izləyir. 1000 məntəqədə veb-kameralar artıq arası kəsilmədən fəaliyyətə başlayıb.

“Prosesləri canlı izləmək üçün heç bir maneə yoxdur. Hər kəsin əvvəldən axıra qədər bütün prosesləri MSK-nın rəsmi saytından izləmək imkanı var. Şəffaflığın təmin olunması baxımından KİV-lərin də fəaliyyəti danılmazdır və onların müşahidə apara bilməsi üçün hər hansı qeydiyyatdan keçməyə ehtiyac yoxdur. Onlar öz vəsiqələrini təqdim etməklə müşahidələr apara bilərlər”, – M.Pənahov deyib.

O bildirib ki, yerli və xarici KİV-lərin seçkiyə marağı kifayət qədər böyükdür.

“Ümumilikdə, bu seçkinin tarixi əhəmiyyəti çox böyükdür. Belə ki, 44 günlük müharibə və antiterror tədbirləri nəticəsində Azərbaycan ərazi bütövlüyünü təmin etdi. MSK həmin ərazilərdə 26 məntəqə yaratdı. Beləliklə, biz bu gün ilk dəfə bütöv Azərbaycanda seçkisi keçiririk”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir