Siyasət

17 saylı Yasamal üçüncü seçki dairəsinin 1 saylı məntəqəsində aktivlik müşahidə edilir – FOTO

Sharing is caring!


Bu gün səhər saat 08:00-dan etibarən 17 saylı Yasamal üçüncü seçki dairəsinin 1 saylı məntəqəsində səsvermə başlayıb.

Oxu.Az xəbər verir ki, dairə seçki komissiyasının sədri Süleyman Məmmədov bildirib ki, 17 saylı Yasamal üçüncü seçki dairəsi 1 saylı məntəqəsində 1 382 seçici var.

Seçki prosesinin başlanmasından qısa müddət keçməsinə baxmayaraq 17 saylı Yasamal üçüncü seçki dairəsinin 1 saylı məntəqəsində seçicilərin fəallığı müşahidə olunur.

Səsvermə axşam saat 19:00-a yekunlaşacaq.

Əlavə olaraq qeyd edək ki, seçki ilə əlaqədar olaraq fevralın 7-si qeyri-iş günüdür.

Şəhriyar Səmədov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir