Siyasət

“Haber Global” Korsikada: Fransa polisinin müstəqillik istəyənlərə qəddarlığı nümayiş olundu – VİDEO

Sharing is caring!


Korsika adasında etirazçı qrupların Fransaya qarşı müstəqillik çağırışları davam edir. Muxtariyyətdən başqa digər variantları rədd edən Makron administrasiyası artıq iki nəfəri həbs edib. Adada yaradılan yeni müstəqillik hərəkatı “Nazione” evlərində, ailələrinin gözü qarşısında tutulan şəxslərin azadlığını tələb edib.

Oxu.Az-ın məlumatına görə, bu barədə hazırda Korsikada olan “Haber Global”ın xarici xəbərlər üzrə redaktoru Eda Tuğrul danışıb.

O, “Nazione” hərəkatının mətbuat konfransında təqdim olunan sənədlərdən söz açıb:

“Burada yazılanlar Fransa polisinin müstəqillik üçün mübarizə aparanlara qarşı necə əməliyyat həyata keçirdiyinin qısa özətidir: partladılan qapılar, zərər görən evlər, əzilmiş uşaq oyuncaqları, uşaqlarının qarşısında döyülən atalar və Parisə sürgün… “Nazione” hərəkatının hazırda qarşı-qarşıya qaldığı vəziyyəti budur”.

E.Tuğrul həmçinin deyilənlərin əyani sübutu kimi bu hadisələrin qeydə alındığı fotoları nümayiş edib.

Daha ətraflı süjetdə:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir