Siyasət

Pakistanlı ekspert: “Fransa Bakı ilə İrəvan arasında münasibətlərin normallaşmasına maneələr yaradır” – FOTO

Sharing is caring!


“Rəsmi Parisin hərəkətləri Cənubi Qafqazda regional sülhə getdikcə daha çox maneə yaradır və Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması ilə bağlı səylərə zərbə vurur”.

Bunu “Report”a açıqlamasında pakistanlı analitik və Mərkəzi Asiya üzrə ekspert Məhəmməd Əli Paşa deyib.

“Fransanın anti-Azərbaycan siyasəti çoxlarının narahatlığına səbəb olur. Odur ki, bir çoxları onu regional sabitliyə mane olan qərəzli mövqeyinə görə tənqid edirlər. Xüsusən də Fransa Senatının Azərbaycana qarşı sanksiyalar tətbiq etmək üçün hökumətə müraciətlə bağlı son qərarı Bakı ilə İrəvan arasında münasibətlərin normallaşması istiqamətində kifayət qədər kövrək olan prosesi qəlizləşdirə bilər”, – o vurğulayıb.

Pakistanlı ekspert qeyd edib ki, Parisin daxili və xarici siyasətində açıq-aşkar islamofobiya elementləri var və bu da Fransada siyasi iğtişaşlara səbəb ola bilər:

“Fransanın siyasi mövqeyi daxili siyasətə və ictimai əhvali-ruhiyyəyə potensial olaraq təsir edəcək islamofobiyanın çiçəkləndiyi ab-havanın formalaşmasına səbəb ola bilər. Bu ikili perspektiv beynəlxalq münasibətlərin necə mürəkkəb olduğunu vurğulayır. Belə ki, bir ölkənin xarici siyasətlə bağlı qərarları təkcə geosiyasi nəticələr baxımından deyil, həm də onların sosial və mədəni dinamikaya potensial təsirləri nöqteyi-nəzərdən araşdırılır”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir