Siyasət

ABŞ Dövlət Departamenti: “Biz hər iki ölkənin suverenliyini və ərazi bütövlüyünü dəstəkləyirik”

Sharing is caring!


“Azərbaycan və Ermənistan son bir ildə danışıqlarda əhəmiyyətli irəliləyiş əldə ediblər”.

“Trend”in verdiyi məlumata görə, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bu gün keçirdiyi brifinqdə deyib.

“Biz Ermənistanla Azərbaycan arasında sülhün əldə olunması istiqamətində görülən işləri alqışlayırıq. Biz hər iki ölkənin suverenliyini və ərazi bütövlüyünü dəstəkləyirik. Ümid edirik ki, onlar bir-birinin suverenliyini və ərazi bütövlüyünü tanıyan davamlı sülh müqaviləsi imzalayacaqlar. Tərəflər son bir ildə əhəmiyyətli irəliləyiş əldə ediblər və biz onları bu sürəti qoruyub saxlamağa və sülh müqaviləsinə nail olmağa təşviq edirik”, – deyə o bildirib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir