Cəmiyyət

Qayınatasını öldürmək istədi, özü öldü: Abşeronda baş verən qətlin TƏFƏRRÜATI – YENİLƏNİB + FOTO/VİDEO

Sharing is caring!


Abşeron rayonu, Saray qəsəbəsi, Heydər Əliyev prospektində baş verən qətl hadisəsinin təfərrüatı məlum olub.

Hadisə zamanı Elvin Ələkbərov qətlə yetirilib. Onu qətlə yetirməkdə şübhəli bilinən qayınatası Tahir Tahirov saxlanılıb.

Məlumata görə, Elvin Ələkbərov əlində bıçaqla qayınatasının evinə gəlib və onu bıçaqlamaq istəyib. Qayınatası isə həmin bıçağı alaraq E.Ələkbərovu qətlə yetirib. O, elə hadisə yerindəcə dünyasını dəyişib.

Mərhumun qonşusunun sözlərinə görə, E.Ələkbərov üç ildir evli imiş. Bildirilib ki, bu müddət ərzində ailəsində heç bir problem yaşanmayıb.

Ətraflı Baku TV-nin süjetində:

16:06

Yanvarın 18-də Abşeron rayonu Saray qəsəbəsində 1989-cu il təvəllüdlü Elvin Seyidpirəli oğlu Ələkbərovun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat verilib.

Bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən, onun qayınatası 1975-ci il təvəllüdlü Tayır İdayət oğlu Tayırov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir