Siyasət

Keçmiş məcburi köçkün: “Füzulidə ən birinci doğmalarımızın məzarını ziyarət edəcəyəm”

Sharing is caring!


“Allah bu günləri bizə çox görməsin, hamımıza bir yuxu kimi gəlir bu günləri yaşamaq”.

Bunu Oxu.Az-a açıqlamasında bu gün Füzuli şəhərinə köç edən keçmiş məcburi köçkün Həqiqət Məmmədova deyib.

O bildirib ki, Bakıda məcburən başqasının mənzilində yaşayıblar:

“Bakıda, Nizami rayonunda zəbt olunmuş mənzildə otuz illik köçkün həyatı yaşamışıq. Bu gün nəhayət öz evimizə, öz mənzilimizə, yurdumuza köçürük. Çox sevinirik. Bu günləri bizə yaşatdığı üçün Ali Baş Komandanımıza, müzəffər Ordumuza minnətdarıq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin!

Anamın da ən böyük arzusu doğma yurda qayıtmaq idi. Əfsuslar olsun ki, o bu günləri görmədi, vaxtsız vəfat etdi. Füzuli şəhərinə qayıdan kimi gedib ən birinci doğmalarımızın məzarını ziyarət edəcəyəm”.

Xatırladaq ki, bu gün növbəti köç karvanı Füzuli şəhərinə yola salınıb. Daha 30 ailə, 127 nəfər öz doğma yurduna köçürülüb. Bununla da ümumilikdə 410 ailənin (1 519 nəfər) Füzuli şəhərində məskunlaşması təmin edilib.

Aytac Qasımova

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir