Siyasət

Anar Ələkbərov Perinatal Mərkəzdəki güclü yanğın barədə: “Günahkarlar ciddi şəkildə cəzalandırılacaqlar”

Sharing is caring!


“Azərbaycan Prezidenti baş verən hadisənin araşdırılması və günahkarların müəyyən edilərək ciddi şəkildə cəzalandırılmasını tapşırıb”​.

Bunu “Qafqazinfo”ya açıqlamasında Prezidentin köməkçisi Anar Ələkbərov deyib.

O qeyd edib ki, Respublika Perinatal Mərkəzindəki yanğın hadisəsi Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən nəzarətə götürülüb.

Yanğın yerində olan Anar Ələkbərov hazırda digər dövlət rəsmiləri ilə birgə yanğında zəhərlənənlərə baş çəkməyə getdiklərini də əlavə edib.

Xatırladaq ki, yanvarın 9-da Respublika Perinatal Mərkəzində yanğın olub. Hadisədən sonra dörd uşağın meyiti aşkarlanıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir