Siyasət

Qərbi Azərbaycan İcması Fransanın Ermənistandakı səfirinə cavab verib

Sharing is caring!


“Fransanın Ermənistandakı səfiri Azərbaycan əleyhinə fəaliyyəti özünün həyat tərzinə çevirib”.

Bu sözlər Qərbi Azərbaycan İcmasının bəyanatında yer alır.

Qeyd olunur ki, ksenofob paylaşım və açıqlamalarla öz aləmində guya Azərbaycanı “sancdığını” düşünən fransalı səfirin yanaşması, sadəcə, gülüş doğurur:

“Bu ştatlı azərbaycanofob özünü belə yolla Ermənistan cəmiyyətinə “qəhrəman” kimi sırımağa çalışır. Görünür, fransız səfir ölkəsinin bir neçə aydır BMT Təhlükəsizlik Şurasında Azərbaycana qarşı sənəd qəbul etdirə bilməməsinin acığını və qəzəbini belə mənasız paylaşımlar etməklə çıxmağa çalışır”.

“Səlibçi mentalitetli səfir başa düşməlidir ki, o, Ermənistanda akkreditə olunub və başqa ölkənin – Azərbaycanın suverenliyinə aid məsələlərə baş qoşmamalıdır. O, səfir kimi məhz Ermənistandan qovulmuş azərbaycanlıların qayıdış hüququnun təmin edilməsindən, Ermənistanda Azərbaycan xalqının mədəni irsinin, məscidlərin dağıdılmasının, təhqir olunmasının, Göy Məscidin timsalında təhrif edilməsinin yolverilməz olmasından danışmalıdır. Lakin etnik və dini təəssübkeşlik, azərbaycanofobiya, islamofobiya, şarlatanlıq buna imkan vermir”, – deyə  bəyanatda vurğulanır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir