Dünya

Şri-Lankada baş nazirin iqamətgahı yandırıldı – VİDEO

Sharing is caring!

Şri-Lankanın Kuruneqala şəhərində ölkənin baş naziri Mahinda Rajapaksanın iqamətgahı yandırılıb.

Məlumata görə, bu, mayın 9-da, baş nazirin istefa ərizəsini prezident Qotabay Rajapaksa təqdim etdikdən sonra baş verib.

Bundan əlavə, hökumət əleyhinə nümayişçilər Moratuva merinin və bir neçə deputatın iqamətgahlarını da yandırıblar.

Qeyd edək ki, Şri-Lankanın baş naziri ərzaq çatışmazlığı səbəbindən kütləvi etirazlar fonunda istefa verib. Etirazçılar yaşayış şəraitinin yaxşılaşdırılmasını tələb edirlər.

Mənbə: gazeta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir