Siyasət

“EU Reporter” jurnalı: “İlham Əliyev millətinin innovativ lideridir” – FOTO

Sharing is caring!


Avropada nəşr olunan “EU Reporter” aylıq jurnalında Azərbaycandakı rəqəmsal iqtisadi inqilabla bağlı məqalə dərc edib.

İngilis dilində çıxan məqalədə Azərbaycan Prezidenti İlham Əliyev “millətinin innovativ lideri” adlandırılıb.

Məqalədə qeyd olunur ki, Azərbaycanda yaradılan yeni rəqəmsal sistem sayəsində ölkə vətəndaşları 400 sosial xidmətdən yararlanmaq imkanına malikdirlər.

“Prezident İlham Əliyevin rəqəmsallaşma, səmərəlilik, hesabatlılıq və şəffaflıq kimi məsələlərdə əldə etdiyi nailiyyətlər ölkənin qlobal çağırışlar qarşısında regionda hərəkətverici qüvvəyə çevrilməsi ilə nəticələnib”, – jurnal qeyd edir.

Məqalədə oxucuların diqqətinə çatdırılır ki, dünya, xüsusən də Qafqaz bölgəsi, pandemiyadan, İkinci Qarabağ müharibəsindən sonra artıq əvvəlki kimi deyil: 

“Azərbaycan isə yeni qlobal sistemin, xüsusilə də rəqəmsallaşmanın əsas tələblərinə cavab verməklə öz regionunda əldə etdiyi heyrətamiz uğurları və irəliləyişləri ilə diqqəti cəlb etməkdə davam edir. Azərbaycan artıq rəqəmsallaşma ilə bağlı qlobal problemləri həll etməyə hazırlaşır.

İlham Əliyevin qərarı ilə 2013-cü ilin iyul ayında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi yaradılıb. Bu qurum o vaxtdan bəri həm inzibati, həm idarəetmə, həm də texnoloji sahədə çox mühüm addımların atılmasına şərait yaradıb. “ASAN xidmət” adlanan və qlobal təşkilatlar tərəfindən hörmət edilən bu qurum sayəsində Azərbaycan xalqının 66 milyondan çox müraciəti dəyərləndirilə bilib”.

Məqalədə qeyd olunur ki, Azərbaycan tərəfindən hazırlanmış bu innovativ sistem sayəsində 20-dən çox beynəlxalq konsensus sənədi imzalanıb.

“Sistem, həmçinin, davamlı inkişaf və insan hüquqları kimi sahələrdə bir çox beynəlxalq mükafatlara layiq görülüb. 2016-cı ildə İlham Əliyev, həmçinin, ABAD adı altında kiçik və orta sahibkarlıq subyektləri üçün sahibkarlığın və yeni texnologiyaların inkişafını təmin edən qərar imzalayıb. Bununla da ölkədə məşğulluq səviyyəsi yüksəlib, çoxlu ailə təsərrüfatları yaradılıb, dövlətin vergi gəlirləri artıb və ölkənin iqtisadi spektri genişlənib”, – məqalədə qeyd olunur.

Mənbə: Eureporter.co

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir