Siyasət

“Sarı gəlin”in xilası: Azərbaycanlıya qardaş deyən erməni əsir – VİDEO

Sharing is caring!


Yavər Rzayevin ssenarist və rejissoru olduğu “Sarı gəlin” filmi Birinci Qarabağ müharibəsindən birgə qaçan azərbaycanlı ilə erməninin faciəli taleyindən bəhs edir.

Filmin adının “Sarı gəlin” qoyulması ilə artıq filmin simvolikası başlanır. Filmin qəhrəmanı kənd rəssamı Qədirdir.

Onun çəkdiyi Koroğlu portretini hərbi komissarlığın divarına asırlar. Ancaq Koroğlunun əlində misri qılınc yerinə, saz var. Qədir düşünür ki, yalnız musiqinin səsi müharibənin səsini batıra bilər. Bu ideya filmin sonunadək davam edir. Filmdə qəddar və yumşaq azərbaycanlı, qəddar və yumşaq erməni obrazları var. Azərbaycanlı və erməni əsir əsirlikdən qaçmaq üçün bir-birinə kömək edir. Hətta bir neçə səhnədə erməni əsir Artavas Qədirə “qardaş” deyir. Qaçmış əsirləri tutmaq üçün azərbaycanlı və erməni komandirin birləşməsi, sülhə qarşı vuruşmaqdır. Filmdə Münəvvər Əliyeva üç obrazı canlandırır: erməni əsiri, azərbaycanlı əsiri və sarı gəlini. Rejissor bununla “Sarı gəlin”in əsir qaldığını göstərmək istəyir. Müharibə uzandıqca “Sarı gəlin”lər hələ çox göz yaşı tökəcək.

Ətraflı Baku TV-nin əməkdaşı Emil Hacıyevin araşdırmasında:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir