Dünya

“The New York Times” “Microsoft”u məhkəməyə verib

Sharing is caring!


“The New York Times” (NYT) nəşri süni intellektin müəllif hüquqlarını pozduğuna görə “OpenAI” və “Microsoft” texnologiya şirkətlərinə qarşı məhkəməyə müraciət edib.

İddiaya əsasən, cavabdehlər çatbotlarını öyrətmək üçün NYT tərəfindən yaradılmış milyonlarla xəbər məhsullarından pulsuz istifadə edirlər. Nəticədə informasiya mənbəyi kimi qəzetlə rəqabət aparan və onun auditoriyasını oğurlayan məzmun yaranır.

Qəzet “OpenAI” və “Microsoft”dan NYT-nin müəllif hüquqları ilə qorunan materialından istifadə edən bütün çatbot modellərini və təlim məlumatlarını məhv etməyi tələb edir. O, həmçinin təzminat almağa ümid edir. Dəqiq məbləği açıqlanmasa da, söhbət “milyarlarla dollar”dan gedir.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir