Siyasət

“Nine Senses” sizi “ART-ELKA” sərgisinə dəvət edir – FOTO

Sharing is caring!


Dekabrın 28-dən yanvarın 30-dək “Nine Senses” yaradıcılıq və özünüinkişaf mərkəzində “ART-ELKA” sərgisi keçiriləcək.

Sərgidə Azərbaycanın 20 gənc rəssam və heykəltəraşının ənənəvi Milad ağacı təsvirinin 20 interpretasiyası nümayiş olunacaq.

Yeni ilin 20 simvolu mərmər, kağız, məftil, gil, metal, ağac, poliester və digər materiallardan yaradılıb.

Sərginin iştirakçıları olan rəssamlar arasında Mədinə Axundbəyli, Namiq Hüseynov, Samir Səmədov, Zamiq Rzayev, Fidan Həmidzadə, Fərid Rzayev, Vera Aksamentova, Dilarə Tağıyeva, Akif Hacızadə, Əliyar Allahverdiyev, Günay Baxışova, Gülşən Əsədova, Elmir Yaqubov, Olesya Katmandu və digərləri var.

Sərgidə həmçinin rəssam Elkin Zəfərlinin ab-havalı, işıqlı bayram dioraması olacaq (“Ninesensburg”).

Sərgi saat 18:00-da açılır.

Sərginin açılışı və Yeni ilin qeyd olunması şərəfinə incəsənət mərkəzinin müəllimi İlhamə Babayevanın vokal müşayiəti ilə saat 20:00-da ekstatik rəqs başlayacaq.

Ünvan: “Sea Breeze Resort”, Nardaran, 31 Dalan, Bakı.

Telefon: 055-255-54-12

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir