Siyasət

BƏƏ səfiri: “Azərbaycan COP29-a uğurla ev sahibliyi edəcək”

Sharing is caring!


Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) səfiri Məhəmməd Əl Bluşi Azərbaycanın COP29-a ev sahibliyi üçün təşkilatçılığı uğurla həyata keçirəcəyini bildirib.

“Report”un məlumatına görə, diplomat ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunan “Azərbaycan kitabı”nın təqdimat mərasimində deyib ki, bu il BƏƏ COP28-ə ev sahibliyi edib:

“Bununla da sübut etdik ki, təbiəti qorumaq üçün birləşə və onun mühafizəsi istiqamətində iş görə bilərik. Azərbaycan nümayəndə heyətini və Prezident İlham Əliyevi COP-28də qəbul etmək bizim üçün böyük şərəf idi. Eyni zamanda Azərbaycanın da COP29-a uğurla ev sahibliyi edəcəyini bildirmək istəyirəm. BƏƏ olaraq, Azərbaycanla təcrübəmizi bölüşməyə hazırıq”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir