Siyasət

YAP 50 min seçici imzasının olduğu imza vərəqələrini MSK-ya təqdim edib

Sharing is caring!


Yeni Azərbaycan Partiyası 50 min seçici imzasının olduğu imza vərəqələrini Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edib.

Oxu.Az xəbər verir ki, bu barədə hakim partiyadan məlumat verilib.

“Yeni Azərbaycan Partiyası 2024-cü il fevralın 7-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidenti seçkisində Azərbaycan Respublikası Prezidentliyinə irəli sürdüyü namizəd İlham Heydər oğlu Əliyevin müdafiəsi üçün topladığı 50 min seçici imzasının olduğu imza vərəqələrini Azərbaycan Respublikası Seçki Məcəlləsinin 58.1-ci maddəsinə əsasən tələb olunan digər sənədlərlə birlikdə bu gün, dekabrın 26-da Mərkəzi Seçki Komissiyasına təqdim edib” – deyə, məlumatda qeyd olunub. 

Xatırladaq ki, 2024-cü il fevralın 7-də növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkisi keçiriləcək. 

Aysel Aslan 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir