Siyasət

Məzahir Pənahov: “Beynəlxalq təşkilatlara problemi dedikdə üstündən keçirdilər”

Sharing is caring!


“Bizim azad edilmiş ərazilərimiz işğal altında olanda oranın sakinlərinin – seçicilərin səsvermədə iştirakının çətin olduğu haqqında dəfələrlə beynəlxalq təşkilatlara məlumat vermişik”.

Oxu.Az xəbər verir ki, bununla bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov məlumat verib.

O qeyd edib ki, beynəlxalq təşkilatlar isə belə bir problemin olduğunu vurğulamayıblar:

“Onlar bir dəfə də olsun həmin seçicilərin bu çətinliyini qeyd etməyiblər. Məcburi köçkünlərlə bağlı seçki problemini dedikdə üstündən keçirdilər, sonradan isə ümumiyyətlə, bu barədə soruşmamağa başladılar”.

Aysel Aslan

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir