Siyasət

Tural Gəncəliyev: “Müstəmləkəçiliyə məruz qalmış xalqlarla bizim ortaq tariximiz var”

Sharing is caring!


“Müstəmləkəçiliyə məruz qalmış xalqlarla bizim ortaq tariximiz var”.

“Report”un xəbərinə görə, bunu Milli Məclisin deputatı Tural Gəncəliyev “Dekolonizasiya Dialoqları: İrs, Çağırışlar və İnkişaf” adlı tədbirdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, müstəmləkəçiliklə mübarizəyə yönəlmiş dialoq çox önəmlidir:

“Biz də Azərbaycan olaraq yaxın keçmişdə müstəmləkəçiliyə məruz qalmış və 70 il Sovet İttifaqının müstəmləkəsi kimi yaşamışıq. Bu baxımdan, müstəmləkəçiliyə məruz qalmış xalqlarla bizim ortaq tariximiz var”.

Deputat qeyd edib ki, Birinci Dünya müharibəsində qalib gəlmiş ölkələr koloniya siyasəti altında yaşayan xalqları idarə edəcəkləri ilə bağlı qərara gəldilər:

“Lakin bu sistem yaxşı işləmədi və bir sıra münaqişələr baş verdi. İkinci Dünya müharibəsindən sonra vəziyyət dəyişsə də, müstəmləkəçilik siyasəti həyata keçirən güclər öz siyasətlərindən əl çəkmək istəmədilər. Onlar müstəmləkə altında saxladıqları ölkələrin təbii sərvətlərini talamağa davam etdilər. Beləliklə, dünyada neomüstəmləkəçilik siyasəti bu günə qədər davam edir. Müstəmləkəçilərin atası Fransa Şərqi Afrikada hələ də neokolonalizm siyasətini davam etdirir. Bu siyasət Cənubi Qafqaz regionundan da yan keçməyib. Fransa Ermənistanın vasitəsilə Cənubi Qafqazda öz maraqlarını təmin etməyə çalışır”.

T.Gəncəliyev əlavə edib ki, 44 günlük müharibədən sonra Azərbaycan öz suverenliyini təmin etdi, lakin bu gün də Fransa Ermənistan vasitəsilə Azərbaycana qarşı fəaliyyətini davam etdirir.

“Neokolonizmlə mübarizə məhz Afrikada başlayıb. 50-60-cı illərdə Fransa siyasəti Afrikada dözülməz hala çatdığı vaxtlarda oradakı xalqlar birləşərək neomüstəmləkəçiliyə qarşı birləşdilər. Sözügedən problemlə əlaqədar bir çox təşəbbüs qrupları yaradıldı ki, bunlardan biri də Bakı Təşəbbüs Qrupudur. Təəssüf ki, Azərbaycan da müstəmləkəçiliklə bağlı əziyyət çəkən ölkədir və hesab edirik ki, Azərbaycan neomüstəmləkəçilikdən əziyyət çəkən ölkələrə öz dəstəyini göstərə bilər”, – deyə deputat vurğulayıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir