Siyasət

Ceyhun Bayramov: “Danışıqlar zamanı Ermənistan tərəfindən aldığımız sülh çağırışını qeyd etdik”

Sharing is caring!


“Hakan Fidan qardaşımla apardığımız müzakirələrdə Azərbaycanın 19-20 sentyabrda həyata keçirdiyi tədbirlər haqqında da bəhs etdik”.

Oxu.Az xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov türkiyəli həmkarı Hakan Fidanla birgə mətbuat konfransında deyib.

Nazir qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyü bərpa olunandan sonra postmünaqişə dövründə normallaşma üçün tarixi fürsətin yaradıldığı haqqında türkiyəli həmkarı ilə fikir birliyi var:

“Danışıqlar zamanı Azərbaycanın baxışını, Ermənistan tərəfindən aldığımız sülh çağırışına cavabı qeyd etdik. Yaxın zamanlarda Azərbaycan bununla bağlı mövqeyini bildirəcək.

Bu gün Şərq-Qərb Orta Dəhlizi, o cümlədən bu istiqamətdə birgə fəaliyyət, həmçinin işğaldan azad edilmiş ərazilərdə Türkiyə şirkətlərinin fəaliyyəti ilə bağlı da fikir mübadiləsi apardıq”.

Aysel Aslan

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir