Siyasət

Tahir Mirkişili: “Rəqabət Məcəlləsində sahibkarlar üçün kifayət qədər hüquq nəzərdə tutulub”

Sharing is caring!


“Rəqabət Məcəlləsində sahibkarlar üçün kifayət qədər hüquq nəzərdə tutulub”.

Oxu.Az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib.

O qeyd edib ki, məcəllə gələn il qüvvəyə minəcək:

“Rəqabət Məcəlləsinin qəbulunda məqsəd özəl sektor, ümumilikdə sahibkarlıq üçün daha yaxşı, əlverişli rəqabət mühitinin yaradılması, inhisarçılıqla mübarizə, qeyri-bərabərliyin, bir çox hallarda ədalətsizliyin aradan qaldırılması ilə özəl sektorun daha çox inkişafına nail olmaqdır. Bildiyiniz kimi, qəbul olunmuş dövlət proqramlarında növbəti illərdə iqtisadi artımın əsas və müstəsna mənbəyi kimi özəl sektor göstərilir. Məcəllədə bu istiqamətdə həyata keçirilən tədbirlərin bir parçası kimi özəl sektora qarşı hər hansı ayrı-seçkilik baş verərsə, ona qarşı hüquqi mexanizmlərin yaradılması nəzərdə tutulur”.

Aysel Aslan

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir