Siyasət

Heydər Əliyevin xatirəsi Gürcüstanda yad edilib – FOTO

Sharing is caring!


Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsi Gürcüstanda ehtiramla yad olunub.

“Report”un yerli bürosu xəbər verir ki, Azərbaycanın Gürcüstandakı səfirliyinin ulu öndərin vəfatının 20-ci ildönümü ilə əlaqədar hazırladığı tədbirlər planına uyğun olaraq Tbilisidə silsilə tədbirlər keçirilib.

Səfir Faiq Quliyev, səfirliyin əməkdaşları, ictimaiyyət nümayəndələri, jurnalistlər Tbilisidəki Heydər Əliyev Parkında ümummilli liderin abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.

Onlar ulu öndərin Rustavi şəhərindəki abidəsini də ziyarət ediblər.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir