Dünya

Kriştianu Ronaldu 2023-cü ildə ən çox qol vuran Erlinq Holanda çatıb

Sharing is caring!


“Ən-Nəsr”in hücumçusu Kriştianu Ronaldu 2023-cü ildə 50-ci qolunu vurub.

Məlumata görə, 38 yaşlı portuqaliyalı Səudiyyə Ərəbistanı Kral Kubokunun 1/4 final matçında “Əş-Şəbab”a qol vurub.

Beləliklə, Ronaldu klub və ölkə üçün hərəyə 49 qol vuran hücumçular Harri Keyn və Kilian Mbappeni qabaqlayıb və hücumçu Erlinq Holanda (50 qol) çatıb.

Qeyd edək ki, “Ən-Nəsr” “Əş-Şəbab”ı 5:2 hesabı ilə məğlub edərək turnirin yarımfinalına yüksəlib və daha əvvəl Abhaya qalib gəlmiş “Əl-Xalic”lə qarşılaşacaq.

Xatırladaq ki, Ronaldu 2023-cü ilin yanvarından “Ən-Nəsr”də çıxış edir. Onun klubla müqaviləsi 2025-ci ilə qədərdir. Bu mövsüm Ronaldu “Ən-Nəsr”in heyətində bütün turnirlərdə 22 oyun keçirib, 20 qol vurub və 10 məhsuldar ötürmə edib.

Mənbə: championat.com

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir