Siyasət

Prezident İlham Əliyev: “Azərbaycan etibarlı tərəfdaşdır, dostluq ənənələrinə həmişə sadiqdir”

Sharing is caring!


“Azərbaycan, sözün əsl mənasında, etibarlı tərəfdaşdır, dostluq ənənələrinə həmişə sadiqdir və dostluğu yüksək qiymətləndirir”.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimində çıxışı zamanı səsləndirib.

“Məhz dostluq, qarşılıqlı anlaşma, strateji tərəfdaşlıq üzərində qurulmuş əlaqələr bir çox ölkələrin maraqlarını təmin edir. Qaz sahəsində əməkdaşlıq, eyni zamanda, genişmiqyaslı, regional əməkdaşlığa da güclü zəmin yaradır”, – deyə dövlətimizin başçısı əlavə edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir