Siyasət

Rusiya XİN: “Moskva Bakı və İrəvan arasında hərbçilərin qarşılıqlı azad edilməsi üzrə razılaşmanı alqışlayır”

Sharing is caring!


“Moskva Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikasının Baş Naziri Aparatının iki ölkə arasında münasibətlərin normallaşdırılması və sülh müqaviləsinin bağlanması üzrə qarşılıqlı niyyətini təsdiqləyən Birgə Bəyanatını məmnunluqla qarşılayıb”.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın şərhində deyilir.

O, həmçinin Moskvanın Bakı və İrəvan arasında hərbçilərin qarşılıqlı azad edilməsinə dair razılaşmanı alqışladığını bəyan edib.

“Rusiya ardıcıl olaraq saxlanılanların “hamının hamıya” prinsipi əsasında dəyişdirilməsi ideyasını irəli sürür. Bu, qarşılıqlı etimadın möhkəmlənməsinə töhfə verir, həmçinin Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2020-2022-ci illərdə imzaladığı üçtərəfli bəyanatlara uyğun olaraq İrəvan-Bakı münasibətlərinin normallaşması prosesinin təşviqində yeni imkanlar açır. Biz bundan sonra da nəqliyyat kommunikasiyalarının açılması, sərhədin delimitasiyası, sülh sazşinin imzalanması və vətəndaş cəmiyyəti vasitəsilə təmaslarda hər cür yardım göstərməyə hazırıq”, – deyə şərhdə vurğulanıb.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir