Cəmiyyət

Paytaxtda “Sığorta Festivalı” təşkil olunub – FOTO

Sharing is caring!


Azərbaycan Mərkəzi Bankı, Azərbaycan Sığortaçılar Assosiasiyası və İcbari Sığorta Bürosunun birgə təşkilatçılığı ilə ölkədə ilk dəfə “Sığorta Festivalı” təşkil olunub.

“Report” xəbər verir ki, bu gün Bakı şəhərində Festivalın təntənəli açılış mərasimi keçirilib.

Azərbaycan Sığortaçılar Assosiasiyasının ekspert qrupunun üzvü Şəhriyar Məcidov jurnalistlərə açıqlamasında bildirib ki, tədbir 26 avqust – 7 sentyabr tarixləri arasında ölkənin ən böyük 10 şəhərində keçiriləcək.

Onun sözlərinə görə, festivalın başlıca əhəmiyyəti əhali arasında sığorta savadlılığının artırılması və sığorta xidmətlərinə əlçatanlığın təmin olunmasıdır.

“Festival Mərkəzi Bank, Azərbaycan Sığortaçılar Assosiasiyası və İcbari Sığorta Bürosu­nun birlikdə həyata keçirdiyi genişmiq­yaslı maarifləndirmə layihəsinin tərkib hissəsidir”, – Ş.Məcidov əlavə edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir