Dünya

KİV: “Paşinyanın partiyası spikerin istefasını tələb edir, Simonyan Qriqoryanla açıq mübarizəyə girib”

Sharing is caring!


Ermənistan parlamentinin spikeri Alen Simonyan və Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında ciddi pərdəarxası mübarizə gedir.

Bu barədə Ermənistan KİV yazır.

Bildirilir ki, qarşıdan gələn 2026-cı il seçkisi ilə güclənən ambisiyaların və şəxsiyyətlərin toqquşması “məxməri inqilab”ın iki əsas fiquru, həmçinin Nikol Paşinyanın yerinə namizədlər arasında kəskin qarşıdurmaya səbəb olub.

Məlumata görə, mübarizə açıq hücumlar və korrupsiya ittihamları şəklini alıb. Simonyan Paşinyanın qarşısında Qriqoryanın fəaliyyətini pisləməyə çalışıb. Baş nazir isə Simonyanın ailə üzvlərinin “Synergy” şirkətinin tender satınalmasında iştirakına diqqət çəkib, bu da hüquq-mühafizə orqanlarının marağına səbəb olub. Simonyan bir də ayılıb ki, qardaşının həyat yoldaşının həbsi ilə bağlı korrupsiya qalmaqalının mərkəzindədir. Onun vəziyyəti şərh etməməsi vəziyyəti daha da gərginləşdirib.

KİV onu da diqqətə çatdırır ki, Simonyana məxsus “Freenews TV”nin yayımı maliyyə problemlərinə görə müvəqqəti olaraq dayandırılıb.

Bildirilir ki, hakim partiyanın bəzi üzvləri birbaşa və ya dolayısı ilə Simonyanın istefasını tələb edirlər və artıq bu məsələni Paşinyan qarşısında qaldırıblar. Bütün bunlar spikerin siyasi gələcəyi ilə bağlı ciddi şübhələr yaradır. Partiyada hesab edilir ki, bu və ya digər şəkildə onun adı ilə bağlı müntəzəm qalmaqallar reytinqə mənfi təsir göstərə bilər.

Simonyanın keçən il cəzasız qaldığı tüpürməklə bağlı qalmaqallı hadisədən sonra “Vətəndaş sazişi” ümid edir ki, Paşinyanın bununla bağlı xəbərdarlıqları da nəzərə alınmaqla, onun ailəsinin korrupsiyada iştirakı diqqətdən kənarda qalmayacaq.

Simonyanın qardaşının həyat yoldaşı Ani Gevorkyanın dövlət satınalmalarında sui-istifadə halları ilə bağlı həbsi, onsuz da, kifayət qədər çətin olan siyasi vəziyyətdə gərginliyi daha da artırıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir