Siyasət

XİN: “Ermənistanın yerləşdirdiyi minalar Azərbaycanda insan həyatı üçün təhlükə yaratmağa davam edir” – FOTO

Sharing is caring!


Ermənistanın yerləşdirdiyi minalar Azərbaycanda insan həyatı üçün təhlükə yaratmağa davam edir.

Oxu.Az-ın məlumatına görə, bununla bağlı Xarici İşlər Nazirliyinin “X” sosial media hesabında bildirilib.

“Bu gün Şuşa və Füzuli rayonlarında mina partlaması nəticəsində daha iki azərbaycanlı mülki şəxs ağır yaralanıb. 44 günlük müharibənin bitməsindən bəri mina qurbanlarının sayı 340 nəfərə çatıb”, – deyə paylaşımda qeyd edilib.

Xatırladaq ki, dekabrın 7-si saat 10 radələrində Füzuli rayonu Horadiz kəndi ərazisində təsəfərrüfat işləri aparan zaman traktorun minaya düşməsi nəticəsində 1994-cü il təvəllüdlü Zamin Həsənli xəsarət alıb. Həmçinin eyni gündə Şuşa rayonu ərazisində elektirik təsəfərrüfatı sahəsində çalışan 1987-ci il təvəllüdlü Rahim Həbibovun elektrik xətti çəkərkən mina partlaması nəticəsində sağ ayağının dizdən aşağı hissəsinin amputasiyası xəsarəti alıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir