Siyasət

Prezident İlham Əliyev Sadır Japarova zəng edib

Sharing is caring!


Dekabrın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qırğız Respublikasının Prezidenti Sadır Japarova zəng edib.

Bu barədə Prezidentin Mətbuat Xidmətindən məlumat verilib.

Prezident İlham Əliyev Sadır Japarova ad günü münasibətilə səmimi təbriklərini və xoş arzularını çatdırıb, ona möhkəm cansağlığı və ali dövləti fəaliyyətində uğurlar arzulayıb.

Qırğızıstan Prezidenti göstərilən diqqətə və təbrikə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

Dövlətimizin başçısı Qırğızıstan Prezidenti ilə həm Azərbaycanda, həm də Qırğızıstanda keçirdiyi görüşləri məmnunluqla xatırlayıb, görüşlər zamanı aparılmış müzakirələrin qarşılıqlı etimada və dəstəyə əsaslanan dostluq və qardaşlıq münasibətlərimizin genişlənməsinə, strateji tərəfdaşlığımızın inkişafına mühüm təkan verdiyini qeyd edib.

Telefon danışığı əsnasında Azərbaycanın və Qırğızıstanın SPECA, Türk Dövlətləri Təşkilatı və digər beynəlxalq təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq etdikləri vurğulanıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir