Siyasət

İlahə Hüseynova: “BQXK Ermənistanda saxlanılan iki azərbaycanlının vəziyyəti ilə maraqlanır”

Sharing is caring!


Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) hazırda Ermənistanda saxlanılan iki azərbaycanlının vəziyyəti ilə maraqlanır.

“Report”un Qərb bürosunun məlumatına görə, bunu komitənin Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova dekabrın 6-da Naftalan şəhərində media qurumlarının regional nümayəndələri üçün məlumat sessiyası zamanı bildirib.

Onun sözlərinə görə, hazırda BQXK əməkdaşları Ermənistanda iki nəfərə baş çəkir, onların vəziyyəti ilə maraqlanır, ailələri ilə əlaqə saxlamaları üçün şərait yaradırlar.

Xatırladaq ki, Azərbaycan Ordusunun əsgərləri – 2004-cü il təvəllüdlü Aqşin Qabil oğlu Bəbirov və 2003-cü il təvəllüdlü Hüseyn Əhliman oğlu Axundov aprelin 9-da Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən itkin düşüblər.

Ermənistan Müdafiə Nazirliyi aprelin 13-də Azərbaycan əsgərlərinin Ermənistanda saxlandığını etiraf edib. Sosial şəbəkələrdə və Ermənistan mediasında ermənilərin əsir götürdükləri Azərbaycan hərbçisini döymələri, ona ağır işgəncə vermələri ilə bağlı görüntülər yayılıb.

Ermənistan məhkəməsi mayın 8-də A.Bəbirovu 11,5 il müddətinə, iyunun 21-də isə H.Axundovu 20 il müddətinə azadlıqdan məhrum edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir