Siyasət

Azərbaycan səfiri ABŞ komissiyasının fəaliyyətindəki siyasi korrupsiyanı dəlillərlə ifşa edib – FOTO

Sharing is caring!


Azərbaycanın ABŞ-dəki fövqəladə və səlahiyyətli səfiri Xəzər İbrahim Birləşmiş Ştatların Beynəlxalq Dini Azadlıq Komissiyasının üzvləri ilə görüşü zamanı qurumun işlərinin səlibçi zehniyyətinin, islamofobiyanın və siyasi korrupsiyanın məhsulu olduğuna dair açıq dəlillər təqdim edib.

Bu barədə səfir “X” sosial şəbəkəsindəki hesabında yazıb.

“Dünən ABŞ-nin Beynəlxalq Dini Azadlıq Komissiyasının üzvləri ilə görüşüm zamanı onlara işlərinin səlibçi zehniyyətinin, islamofobiyanın və siyasi korrupsiyanın məhsulu olduğuna dair açıq dəlillər təqdim etdim.

Bundan əlavə, onlara bu yaxınlarda yazdığım məktubda ABŞ-də dini tolerantlığın pisləşməsi fonunda köməyimizi təklif etdim”, – deyə səfir vurğulayıb.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir