Siyasət

Çində azad edilmiş ərazilərdə ekoloji mühiti dəstəkləyən investisiyaların təşviqi müzakirə edilib – FOTO

Sharing is caring!


“Prezident İlham Əliyevin ştirakı ilə Dubayda keçirilən COP28 çərçivəsində G77 və Çin Qrupu Liderlərinin Zirvə Görüşündə Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə birlikdə ölkəmizin qlobal iqlim dəyişikliyi hədəfləri barədə danışdıq”.

Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki şəxsi hesabında yazıb.

“Azərbaycanın inklüziv inkişafı, yaşıl enerji ölkəsinə transformasiyası, işğaldan azad edilmiş ərazilərimizdə ekoloji mühiti dəstəkləyən investisiyaların təşviqi və minatəmizləmə təşəbbüslərimizlə bağlı məlumat verdik”, – deyə nazir qeyd edib.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir