Dünya

Parisdə iğtişaşlar: “Makron, rədd ol!” – VİDEO

Sharing is caring!


Parisdə pensiya islahatına qarşı növbəti ümummilli aksiya keçirilir.

Aksiyada onminlərlə insan iştirak edir.

Etirazçılar “Təqaüdlərimizə toxunma”, “Makron, rədd ol!” şüarları səsləndirirlər.

Polis aksiya iştirakçılarına qarşı dəyənəklərdən, gözyaşardıcı qazdan və su şırnaqlarından istifadə edir.

Qeyd edək ki, Fransadakı iğtişaşların növbəti dalğası martın 16-da ölkənin baş naziri Elizabet Born pensiya yaşının 62-dən 64-ə qaldırılmasını elan etdikdən sonra başlayıb. Müvafiq qanun parlamentin aşağı palatasında səsvermədən yan keçməklə qəbul edilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir