Siyasət

Pakistanın baş naziri: “Biz regionda baş verən bütün məsələlərdə Azərbaycanı dəstəkləyirik”

Sharing is caring!


“Pakistan regionda baş verən bütün məsələlərdə Azərbaycanı dəstəkləyir”.

“Report” xəbər verir ki, bunu Pakistan İslam Respublikasının Keçid Hökumətinin Baş naziri Ənvər-ul-Xak Kakar Dubayda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyasında (COP28) deyib.

“Pakistanın Azərbaycanla qardaşlıq münasibətləri var. Bizim güclü iqtisadi əlaqələrimiz var, biz müdafiə və strateji əməkdaşlığı inkişaf etdiririk. Müxtəlif sahələrdə, o cümlədən enerji sahəsində əməkdaşlıq edirik”, – o bildirib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir