Cəmiyyət

Tovuzda ağır qəza: İki nəfər öldü, üç nəfər yaralandı – VİDEO

Sharing is caring!

Tovuz rayonunda yol-nəqliyyat hadisəsi baş verib. 

Oxu.Az-ın məlumatına görə, hadisə Aşağı Quşçu kəndində qeydə alınıb.

Qəza zamanı VAZ markalı iki minik avtomobili toqquşub. Nəticədə 1997-ci il təvəllüdlü Həzirətabbas Hümbətov və 2005-ci il təvəllüdlü Aykut Atayev hadisə yerində vəfat ediblər.

Daha 3 nəfər isə xəsarət alıb və onlar xəstəxanaya yerləşdiriliblər.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov saytımıza bildirib ki, Tovuz Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıblar. Nəqliyyat vasitələrinin hərəkəti isə bərpa olunub.

Fövqəladə Hallar Nazirliyi (FHN) də hadisə ilə bağlı məlumat yayıb. 

Bildirilib ki, FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Tovuz rayonunun Aşağı Quşçu kəndində VAZ markalı iki minik avtomobilinin toqquşması və xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub. 

Hadisə yerinə cəlb olunan FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri müxtəlif xəsarətlər alaraq sıxılı vəziyyətdə qalan sürücünü deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir