Siyasət

Ukraynanın vitse-spikeri: “Ölkəmizin 200 min kvadrat kilometr ərazisi minalanıb”

Sharing is caring!


“Azərbaycanla Ukrayna arasında minatəmizləmə ilə bağlı layihə həyata keçirilir. Bu, Ukrayna üçün çox vacibdir, çünki hazırda ölkəmizin 200 min kvadrat kilometr ərazisi minalanıb”.

Bunu “Report”a açıqlamasında Ukrayna Ali Radasının vitse-spikeri Olena Kondratyuk deyib.

O vurğulayıb ki, Ukrayna üçün bu istiqamətdə istənilən əməkdaşlıq çox mühüm əhəmiyyət kəsb edir.

O.Kondratyuk ölkəsindən olan uşaqların reabilitasiyası ilə bağlı Azərbaycanla birgə həyata keçirilən layihədən də danışıb. Vitse-spiker bildirib ki, Kiyevin Bakı ilə yaxşı layihələri var:

“Ukraynaya göstərdiyi humanitar yardıma görə Azərbaycana təşəkkür etmək istərdim. Bizim bu istiqamətdə Bakı ilə çox yaxşı layihələrimiz var”.

O.Kondratyuk qeyd edib ki, layihələr ətrafında Azərbaycanın Ukraynadakı səfirliyi ilə müzakirələr aparılır.

“Ukraynalı uşaqların reabilitasiyası ilə bağlı layihəni davam etdirəcəyik. İndiyədək ukraynalı hərbçilərin övladlarından ibarət iki qrupu Azərbaycana göndərmişik. Onların bəziləri kimsəsiz uşaqlardır”, – deyə vitse-spiker söyləyib.

“Qarşıdan qış mövsümünün gəlməsi fonunda, Rusiya infrastruktur obyektlərinə zərbələr endirə bilər. Odur ki, bizim üçün Azərbaycanın göstərdiyi istənilən humanitar yardım çox vacibdir”, – deyə o əlavə edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir