Siyasət

“ASAN xidmət” “Peşəkar 100 il” idarəçilik marafonunu reallaşdırır

Sharing is caring!


Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ASAN İnnovativ İnkişaf Mərkəzi tərəfindən reallaşdırılan “Peşəkar 100 il” idarəçilik marafonunun açılış mərasimi keçirilib.

“Report”un xəbərinə görə, tədbirdə baş nazirin müavini Əli Əhmədov, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN xidmət”) sədri Ülvi Mehdiyev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Milli Məclisin sədrinin birinci müavini Əli Hüseynli, Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının üzvü Həsən Həsənov, ictimai-siyasi xadimlər və media nümayəndələri iştirak ediblər.

Marafonda məqsəd ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş layihənin məqsədi gənc menecerləri ulu öndərin zəngin idarəçilik təcrübəsi ilə tanış etməklə onların kadr potensialının formalaşmasına dəstək olmaqdır.

Tədbirdə ulu öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Qonaqlar müasir müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı ümummilli lider Heydər Əliyevin milli dövlətçilik tariximizdəki zəngin siyasi irsindən və idarəçilik təcrübəsindən söz açıblar. Diqqətə çatdırılıb ki, məhz ulu öndərin məqsədyönlü və müasir idarəçilik modeli Azərbaycan xalqının milli rifahının daha da yaxşılaşmasına və dövlətçilik ənənələrinin möhkəmləndirilməsinə hədəflənib.

Mərasimdə ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə və peşəkar idarəçilik yoluna həsr olunmuş, eyni zamanda, ASAN İnnovativ İnkişaf Mərkəzinin fəaliyyətinə dair videoçarxlar nümayiş etdirilib, təqdimat baş tutub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir