Siyasət

Siyarto: “Macarıstan Azərbaycanı və xalqını həqiqi müttəfiqi hesab edir”

Sharing is caring!


“Macarıstan Azərbaycanı və Azərbaycan xalqını həqiqi müttəfiqi hesab edir”.

APA xəbər verir ki, Macarıstanın xarici işlər və ticarət naziri Piter Siyarto Cəbrayılın Soltanlı kəndinin təməlqoyma mərasimində çıxışında belə deyib.

Nazir Macarıstanın Qarabağdakı yenidənqurma səylərinə töhfə verməyə hazır olduğunu deyib.

“Soltanlı kəndinin sakinlərinin qayıtdığını görmək əladır. Biz Macarıstanla Azərbaycan arasında bugünkü həqiqi strateji tərəfdaşlığı qurmaq üçün 13 ildən çoxdur ki, birlikdə çalışırıq. Biz Azərbaycanı həqiqi müttəfiq, Azərbaycan xalqını dostlarımız hesab edirik. Bizim dostluğumuz, Macarıstanla Azərbaycan arasındakı dostluq həqiqi dostluqdur və biz hər zaman ərazi bütövlüyü, ölkənin suverenliyi məsələlərində Azərbaycanın yanında yer almışıq. Biz lap əvvəldən çox aydın şəkildə bildirmişik ki, Qarabağdakı yenidənqurma səylərinə töhfə verməyə və bu sahədə iştirak etməyə hazırıq. Biz buraya Füzuli Hava Limanından gəlirik. Hələ çox iş görülməli olduğunu, nəhəng səylərin başa çatdırılmalı olduğunu müşahidə elədim”, – o deyib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir