Siyasət

Gürcü politoloq: “Azərbaycan və Gürcüstan olmadan Orta Asiya ölkələrinin layihələri tamamlanmır”

Sharing is caring!


“Hər kəs başa düşməlidir ki, Azərbaycan və Gürcüstan olmadan Orta Asiya ölkələrinin layihələri tamamlanmır. Orta Asiya ölkələri Azərbaycan və Gürcüstanla birlikdə müstəqil şəkildə Şərqlə Qərbi birləşdirəcəklər. Orta Asiya ölkələri uğurlu iqtisadi əlaqələr qurmaqla Azərbaycan və Gürcüstanla birlikdə öz iqtisadi müstəqillikləri ilə yanaşı, təhlükəsizliklərini də təmin etmiş olacaqlar”.

Bu sözləri “Report”un yerli bürosuna Gürcüstan Strateji Planlaşdırma Mərkəzinin rəhbəri, politoloq Levan Mamaladze BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının (SPECA) Bakıda keçirilən sammitini şərh edərkən deyib.

O bildirib ki, Çindən Avropaya çox böyük yüklər Orta Asiya və Cənubi Qafqazdan keçərək Avropaya daşınacaq. Bu səbəbdən elə Gürcüstanda yeni limanlar tikilir. Ona görə də Orta Asiya maraqlıdır ki, bu bağlar daha da möhkəm olsun.

“Düzdür, Rusiya logistika məsələsində böyük rol oynayır. Amma yaranmış yeni geosiyasi vəziyyət Orta Dəhlizin önəmini bir daha artırır. Düşünürəm ki, bu sammitdə çox mühüm uğurlara imza atılacaq və şərqlə qərbi birləşdirəcək bağlar qurulacaq”, – deyə L.Mamaladze qeyd edib.

Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin Gürcüstanın Baş naziri İrakli Qaribaşvilini Bakıya dəvət etməsi ölkələrimiz arasında dostluq əlaqələrini bir daha sübut edir:

“Bu dostluğun təməli hələ illər öncə Heydər Əliyev və Eduard Şevardnadze tərəfindən qoyulub. Dostluğun göstəricilərindən biri də birlikdə icra etdiyimiz “Bir kəmər, bir yol” layihəsidir. İnanıram ki, bu layihənin möhtəşəm nəticələrini çox yaxın zamanda görəcəyik”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir