Siyasət

Jan-Mişel Brun: “Fransızlar Ermənistana görə narahat deyil, onlar bu ölkənin harada yerləşdiyini bilmirlər”

Sharing is caring!


“Fransızlar Ermənistana görə narahat deyil, onlar heç bu ölkənin harada yerləşdiyini bilmirlər”.

Bunu “Trend”ə müsahibəsində Parisin Lagazetteaz.fr onlayn qəzetinin baş icraçı direktoru Jan-Mişel Brun deyib.

O, Fransanın Ermənistana hərbi texnika tədarükündən danışaraq, bunun axmaq siyasət olduğunu deyib.

“Lakin daxili siyasətin mahiyyəti sadəcə sağçı partiyalara “sivilizasiyanı müsəlman dünyasından qoruduğumuzu” göstərməkdir. Bu, tamamilə axmaqlıqdır. Lakin bunu ciddi qəbul etmək lazım deyil. Bu, sadəcə, Fransa KİV-in hər gün eyni şeyi dediyinə görədir. Lakin onlar bu cür informasiya verməyə son qoysalar, hər şey dəyişəcək”, – deyə Brun əlavə edib.

Onun sözlərinə görə, hətta Ermənistanın da gələcəyi Azərbaycan və Türkiyə ilə yaxşı münasibətlərdən asılıdır.

“Azərbaycan bütün bunların mərkəzindədir, Qafqazın Mərkəzi Asiyaya giriş qapısıdır. Biz Azərbaycanla çox möhkəm əlaqələr qurmalıyıq. Çox güclü iqtisadi və mədəni əlaqələrimiz olmalıdır. İnanıram ki, Azərbaycanla Fransa arasında möhkəm əlaqələr hamı üçün əlverişli olacaq. Bizim möhkəm mədəni əlaqələrimiz var. Gələcəkdə Azərbaycanla Fransa arasında möhkəm əlaqələrin olacağını düşünürəm. Zənnimcə, hər şey hətta gözlənildiyindən də tez yoluna düşəcək, çünki fransızlar Ermənistana görə narahat deyillər. Onlar heç Ermənistanın harada yerləşdiyini bilmirlər. Gələcəkdə Cənubi Qafqazdakı proseslərə daha fəal cəlb olunacağımızı düşünmürəm”, – deyə o qeyd edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir