Siyasət

Afrika İntibah Forumunun sədri: “Fransız diktatına qarşı mübarizə aparmış qadınlar xalq tərəfindən alqışlanıb”

Sharing is caring!


“Prezident İlham Əliyevə və bu konfrans iştirakçılarına təşəkkür edirəm”.

Report” xəbər verir ki, bunu Seneqalın Afrika İntibah Forumunun sədri Suleymane Ndiaye Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə həyata keçirilən “Dekolonizasiya: Qadınların Gücləndirilməsi və İnkişaf” mövzusunda tədbirdə deyib.

“BMT Qadınlar təşkilatı qurumu öz hesabatında demişdir ki, qadınlara səlahiyyətlər verilməlidir. Bu, eyni zamanda beynəlxalq əmək təşkilatının müddəalarında da öz əksini tapmışdır. Çünki bu kimi məsələlər bəzi ölkələrdə gözardı edilir. Məsələn, Afrikada əsrlər boyu qeyri-insani cinayətlər törədilib. Bu əzab-əziyyətlər zamanı qadınlar daim aşağılanıb, onlar təcavüzə məruz qalıblar. Buna qarşı onlar uzun illər vuruşublar.

Öz həyatlarını ölkələri üçün fəda etmiş qadınlara biz minnətdarıq. Onlar bu müstəmləkəyə qarşı savaşıblar. Fransız işğalçılarının diktatına qarşı mübarizə aparmış qadınlar bütün xalq tərəfindən alqışlanıb. Onlar azadlıq mübarizəsinə daim qoşulublar, bu tarix kitablarında yer almalıdırlar. Afrikada qadınlar davamlı inkişafları üçün çalışırlar. Onlar müxtəlif sahələrdə çalışa bilirlər. Bütün bunlar onlara muxtariyyət qazanmağa imkan verir. Bu insanlar mübarizələrini daha da gücləndirməlidirlər ki, onlara səlahiyyətlərin verilməsi prioritet olsun”, – Suleymane Ndiaye edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir