Dünya

İtaliya Ukrayna üzrə sülh müqaviləsinin təminatçısı kimi çıxış etmək istəyini bəyan etdi

Sharing is caring!

“Roma Ukraynada sülhün əldə olunması üçün istənilən cəhdi dəstəkləyəcək”.

Bu barədə İtaliya Baş naziri Corciya Meloni mətbuat konfransı zamanı bildirib.  

O qeyd edib ki, fevralda, müharibənin başlanmasının birinci ildönümündən əvvəl Kiyevə getmək niyyətindədir.

“Sülhün nizamlanması üzərində konkret şəkildə işləmək lazımdır. Hər iki tərəfdən siqnalın olması zəruridir. Bu gün əhəmiyyətli siqnallar yoxdur. Lakin mən Ukrayna Prezidenti Volodimir  Zelenski ilə söhbət zamanı onun bu istiqamətdə təşəbbüs göstərmək niyyətində olduğunu eşitdiyimə sevindim. İtaliya sülh prosesinin təminatçısı kimi çıxış etməyə hazırdır, buna görə də mən fevralın 24-dək (2023-cü il) Kiyevə səfər etmək niyyətindəyəm”, – deyə Meloni vurğulayıb.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir