Siyasət

Günay Əfəndiyeva: “Türk dünyasında qadınlara həmişə hörmət və ehtiram göstərilib”

Sharing is caring!


“Türk dünyasında qədim zamanlardan qadına hörmətə böyük önəm verilib”.

“Report” xəbər verir ki, bunu Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva noyabrın 20-də Qoşulmama Hərəkatının ailə, qadın komitələrinin Bakıda keçirilən “Qadınların hüquqlarının inkişaf etdirilməsi və səlahiyyətlərinin artırılması” mövzusunda konfransında çıxışı zamanı deyib.

“Tarix xəbər verir ki, qədim türk dövlət quruluşlarında bəzən qadın başda olub. Buna Sara Xatunu misal göstərmək olar”, – G.Əfəndiyeva qeyd edib.

O vurğulayıb ki, müasir dünyada qadınlar ölkələrin ictimai həyatında mühüm yer tutur:

“Məsələn, biz bu yaxınlarda məşhur türk şairələrinin yaradıcılığından bəhs edən kitab nəşr etdik. Türk mədəniyyətini tanıtmaq üçün bu kitabı dünyanın bir çox dillərinə tərcümə etdik”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir